Siyarto: Ukraynada sülh istəyən ölkələr Avropada hücuma məruz qalır

24 Sentyabr 2024 08:31

Ukraynada sülhün bərqərar olması üçün çalışmaq istəyini ifadə edən ölkələr və siyasətçilər Avropada hücuma məruz qalır və tənqid olunur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Nyu-Yorkda keçirilən sammitdə deyib.

"Təəssüf ki, bu gün Avropada münaqişə var və sülhü müdafiə edənlər dərhal damğalanır, hücuma məruz qalır, tənqid olunur", - nazir vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun