Azərbaycan və Meksikanın XİN başçıları bir sıra aktual məsələləri müzakirə ediblər - FOTOlar

24 Sentyabr 2024 07:20

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Meksikanın xarici işlər naziri Alisiya Barsena ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında elm, səhiyyə, mədəniyyət, təhsil, idman və turizm sahələrində əlaqələrin inkişafı üçün mövcud imkanların araşdırılmasının zəruriliyi vurğulanıb.

Ceyhun Bayramov həmçinin həmkarına Azərbaycanın COP29-a sədrliyi barədə məlumat verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun