Sürücülərin diqqətinə: hava limanı yolunda sürət həddi...

24 Sentyabr 2024 00:19

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Xətai rayonu Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Milli.Az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda, Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun