"3 saat tıxacda qalmaq nə deməkdir?"

23 Sentyabr 2024 23:30

Aparıcı Mətanət Əliverdiyeva tıxaclardan şikayətlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Xəzər axşamı" verilişində danışan aparıcı saatlarla yollarda qaldığını bildirib:

"Yollarda tıxacdır. Səhər saat 7-dən Sumqayıtdan çıxan Mətanət saat 11-ə işləmiş Xəzər TV-yə çatıb. Təsəvvür edin, 3 saat. Bu qədər tıxacda qalmaq nə deməkdir? Anlayıram ki, təmir gedir. Mənim gəldiyim istiqamətdə heç təmir də getmirdi. Sırf avtomobillərin çoxluğudur. İşə, dərsə gedirik, amma gecikirik. Bütün əsəbimiz gedir. Bilmirəm səbəb nədir. Sumqayıtdan, Binəqədidən, Masazırdan gələn yol layihəsini ya təzədən cızmalısınız. ya da başqa nəsə etməlisiniz. Bu istiqamətdə təmir yoxdur, hər gün eyni şeydir. Bunun səbəbi nədir? Bir sözlə, ömrüm tıxacda keçir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun