Təbrizdə şagirdlərə azərbaycanca kitablar paylandı

23 Sentyabr 2024 23:00

Sentyabrın 22-də yerli mədəni fəallar təbrizli məktəblilər arasında Azərbaycan türkcəsində olan kitablar paylayıblar.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə yerli sosial media platformalarında məlumat yayılıb.

Bildirilib ki, bir sıra yerlərdə polis qüvvələrinin buna mane olmağa çalışmaları valideynlərin etirazları ilə qarşılaşıb.

Qeyd edək ki, hər il yeni təhsil ilinin başlaması ərəfəsində mədəni fəallar Güney Azərbaycan şəhərlərində uşaqlara Azərbaycan türkcəsində nəşr olunan kitablar paylayırlar.

Fəallar bu vasitə ilə uşaqların ana dillərində yazlı mətnlərlə tanış olmalarına çalışır, hakimiyyətin qeyri-fars dillərə qarşı tətbiq etdiyi təhsil qadağasına etiraz edirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun