Daşkəsəndə "Jiquli" dəmir lövhəyə çırpıldı, ölən var

23 Sentyabr 2024 22:30

Daşkəsəndə ölümlə nəticələn yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əmirvar kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını yoldan çıxaraq kəndin girişində olan dəmir löhvəyə çırpılıb.

Qəza nəticəsində 32 yaşlı E.Əhmədov hadisə yerində ölüb, 64 yaşlı M.İsrafilov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun