Bu rayonda qaz olmayacaq

23 Sentyabr 2024 19:13

Cəlilabad rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatında fasilə olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, 25 sentyabr saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək 19 yaşayış məntəqəsi üzrə 13 171 abonentin (Cəlilabad şəhəri, Uzuntəpə, Sərhədabad, Əliabad, Məşədivəlli, Seyidbazar, Hasıllı, Hacıismayıllı, Astanlı, Suluçeşmə, Fərzili, Abdullu, Zopun, Cəfərli, Həsənli, Çünəxanlı, Muğan, Maşlıq və Söyüdlü kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

illi.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun