Teleqramda YENİLİK: Qaydaları pozanların İP ünvanları və telefon nömrələri...

23 Sentyabr 2024 19:19

Teleqramın qaydalarını pozan şəxslərin İP ünvanları və telefon nömrələri hakimiyyət orqanlarının əsaslandırılmış sorğularına cavab olaraq açıqlana bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu teleqramın yaradıcısı Pavel Durov deyib.

Onun sözlərinə görə, teleqram məxfilik siyasətini yeniləyib.

P.Durov həmçinin qeyd edib ki, mütəxəssislər mesencerdə "qeyri-qanuni malların" satışı üçün sui-istifadə edilən axtarışı daha təhlükəsiz ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun