Nazirlik işçilərinin say həddi artırıldı

23 Sentyabr 2024 17:34

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 180 ştat vahidindən 210-a qaldırılıb.

Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun