İlham Əliyevin xüsusi qayğısı ilə biz artıq Qarabağdayıq - Müəllim

23 Sentyabr 2024 17:27

Prezident İlham Əliyevin xüsusi qayğısı ilə biz artıq Qarabağdayıq.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Qarabağ Universitetinin ingilis dili müəllimi Türkan Əhmədli deyib.

"Prezident İlham Əliyevin xüsusi qayğısı ilə biz artıq Qarabağdayıq. Qarabağ Universitetinin yaradılması bizim üçün xüsusi hadisədir. Hər birimiz üçün bu çox sevindirici haldır. Biz istəyirik ki, müəllim və tələbə kollektivi olaraq Qarabağ Universitetini daha da inkişaf etdirək. Universitetinin inkişafında kiçik də olsa payımızın olmasına çalışacağıq", - deyə o bildirib.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.

Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun