"Oskar”da böyük rəqabət: Bu məşhurlar gərgin mübarizəyə qatılır

24 Sentyabr 2024 06:42

Gələn il keçiriləcək "Oskar" mükafatları pop-divaların yarışına çevrilə bilər. Eyni mükafat üçün Ledi Qaqa, Selena Qomez və Ariana Qrandenin yarışacağı gözlənilir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, gələn il keçiriləcək "Oskar"da musiqinin ən böyük adlarından bəzilərinin "Ən yaxşı köməkçi qadın rolu" kateqoriyasında yarışacaq.

97-ci "Oskar" 2025-ci il martın 2-də keçiriləcək və bu böyük mükafatı Hollivudun dünya şöhrətli pop ulduzlarının evlərinə aparacağına dair proqnozlar var.

Variety kino nəşrinin proqnoz siyahısına əsasən, hər üç müğənninin "Ən yaxşı köməkçi qadın rolu" nominasiyasını qazanmaq şansı var. Bu o deməkdir ki, onlar yəqin ki, mükafat uğrunda mübarizə aparacaqlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun