"Vasif mənim üçün bütün bağlı qapıları döyüb"

23 Sentyabr 2024 19:04

Müğənni Zeynəb Həsəni sənətə ilk addımlarını atarkən ona dəstək olan həmkarı Vasif Əzimovla birlikdə verilişdə qonaq olub.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, "Xəzər TV"-də "Qonaqcanlı" proqramına qatılan Zeynəb Vasiflə ilk tanışlıqlarından danışıb.
 
O, şou-biznesə gəlməsində Vasifə borclu olduğunu deyib:
 
"Hələ uşaq idim, Mənzurə Musayeva mənə dəstək olmuşdu. Bir neçə el şənliyinə dəvət etmişdi, çox sağ olsun. Amma sırf şou-biznes həyatına məni atan Vasif Əzimov olub. O mənim üçün ərki çatdığı bütün qapıları döyüb. Digəri isə Talıb Tale idi. Hər ikisinə minnətdaram".
 
Vasif isə cavabında "Halal xoşun olsun" deyə cavab verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun