Türkiyənin 2 serialı izlənmə rekordu qırdı

23 Sentyabr 2024 21:21

Türkiyədə bir neçə ildir maraqla izlənilən "Teşkilat" ilə eyni gündə "Deha" serialı yayımlanmağa başlayıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, ən çox müzakirə edilən bu serialların reytinqi də yaxın olub. Belə ki, "Deha"nın reytinqi 5,49, "Teşkilat"ınkı isə 5,38 olub.

İzləyicilərin marağına səbəb olan digər detal isə "Teşkilat"ın əsas qəhrəmanının dəyişdirilməsi olub. Aybüke Pusatla birlikdə baş rolu canlandıran Murat Yıldırım serialdan ayrılıb. Aktyor Tolqa Sarıtaş "Kapitan Altay" obrazı ilə ekran işinə qatılıb.

Qeyd edək ki, Tolqa Sarıtaş daha öncə "Söz" serialında da Aybüke Pusatla baş rolu paylaşıb.

"Deha" serialının baş rolunda isə tanınmış aktyor Aras Bulut İynemli yer alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun