Tramp növbəti seçkilərdə namizəd olmayacaq

23 Sentyabr 2024 19:43

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələ bilməyəcəyi təqdirdə 2028-ci ildə namizəd olmayacağını açıqlayıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, o, yenidən namizəd olub-olmayacağı haqda suala belə cavab verib:"Xeyr, belə düşünmürəm. Düşünürəm ki, bu, sonuncu dəfə olacaq".

Trampın 2028-ci ildə 82 yaşı olacaq. Bu o deməkdir ki, o, yaşı ilə bağlı tez-tez istehzalı fikirlər səsləndirdiyi prezident Co Baydendən bir yaş böyük olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun