ABBA-nın məşhur ifaçısı vəfat etdi

23 Sentyabr 2024 16:02

İsveçin ABBA pop qrupunun barabançısı Rocer Palm 75 yaşında vəfat edib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə "Aftonbladet" məlumat yayıb.

Musiqiçinin ölümü sentyabrın 21-də Alzeymer xəstəliyinin ağırlaşması nəticəsində baş verib.

Qeyd edək ki, Palm "Gimmicks", "Beatmakers" və "Moonlighters" qruplarında ifa edib və 1970-ci illərdən ABBA-nın barabançısı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun