Bu gündən Rusiya KİV-lərində çalışan şəxslərə türk dili öyrədiləcək

23 Sentyabr 2024 15:58

Bu gündən Rusiya KİV-lərində çalışan şəxslərə türk dili tədris olunacaq. Onlar təxminən bir ilə türk dilini öyrənə biləcəklər.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiyanın paytaxtı Moskvada Yunus Emre İnstitutunda çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə ilə Rusiya arasında dostluq əlaqələrinin ən mühüm komponentlərindən biri türk dilidir: "Dünyanın bir çox ölkəsində insanlar türk dilində kifayət qədər yaxşı danışırlar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun