Məşhur alman qəzeti Emrelinin debütündən YAZDI

23 Sentyabr 2024 18:18

Almaniyanın məşhur "Bild" nəşri Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin ikinci bundesliqa təmsilçisi "Nürnberq"dəki debüt oyunundan yazıb.

Ötən şənbə günü M.Emreli "Herta"ya qarşı 6-cı turun ev oyununda (0:2) iştirak edib.

Milli.Az bildirir ki, qol.az-ın xəbərinə görə, "Bild" qəzeti 27 yaşlı futbolçunun Almaniya çempionatındakı ilk oyunu barədə yazıb:

"Klubun ("Nürnberq"in) hücumçusu Benjamin Qoller (25 yaş) fasiləyə qədər zədələndiyi üçün  Emreli gözlənilmədən tez debüt etdi. Əvvəlcə azərbaycanlı hücumçunun maksimum 30 dəqiqə  oynayacağı gözlənilirdi.

Özünün debüt matçında Emrelinin topa 35 dəfə təması oldu. O, təkbətək mübarizələrin 35 faizindən qalib çıxdı, 1 dəfə isə kross  etdi (sürətli qaçış - red.). Diqqətçəkən məqam odur ki, Emreli topa nəzarəti ələ keçirmək üçün tez-tez hücumun mərkəzini tərk edirdi".

Qəzet Mahir Emrelinin oyunu ilə bağlı "Nürnberq"in baş məşqçisi Miroslav Klozenin də fikirlərinə yer verib. 46 yaşlı mütəxəssis bildirib:

"O, topla çox yaxşı mübarizə apardı. İndi o, oyun üçün vacib olan topla daha çox hazırlaşmalı və fiziki forması üzərində çalışmalıdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun