Erməni qızdan şok etiraf: Azərbaycanlılara qarşı səhv etmişik - VİDEO

23 Sentyabr 2024 14:47

Sosial şəbəkələrdə Azərbaycan dilində səlis danışması ilə məşhurlaşan erməni qızı Hasmik Varderesyan daha bir maraqlı paylaşım edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, minlərlə azərbaycanlının 1-ci Qarabağ müharibəsində ermənilər tərəfindən zorla evlərindən çıxarıldıqlarını etiraf edib və bunu ədalətsizlik adlandırıb:

"Biz 120 min Qarabağ ermənisinin evlərinə qayıtmağını istəyirik. Amma bir şeyi unuduruq ki, biz də SSR dövründə, yəni Birinci Qarabağ müharibəsindən öncə azərbaycanlıları evlərindən zorla çıxarmışıq. Heç həmin vaxt o insanlara qarşı etdiyimiz ədalətsizlikdən danışmırdıq. Yəni biz ermənilər belə bir səhv etmişik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun