Qırmızı şərab ləkələrini təmizləməyin yolları

23 Sentyabr 2024 17:04

Qırmızı şərab nəcib spirtli içki kimi təqdim olunur. Ancaq onun ləkələri çox qalıcıdır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu ləkələri aradan qaldırmağın bir neçə sadə yolu var. Onları təqdim edirik: 

Soda və duz 

Bu sadə üsul təəccüblü dərəcədə təsirli və yüksək keyfiyyətlidir. Qırmızı şərab ləkəsinin üzərinə soda və duz qarışığını tətbiq edin və 5-10 dəqiqə gözləyin. Sonra isə üzərindəkiləri silib yuyun.  

Qeyd edək ki, hər iki komponent də ayrıca istifadə edilə bilər.

Qliserin ilə araq 

Maraqlıdır ki, bu üsul hətta ən nazik parçalar üçün belə idealdır. Buna görə də onu təkcə paltarda deyil, həm də yumşaq mebellərdə də sınaya bilərsiniz.

Araqdan bir az, qliserindən isə bir miqdar çox götürüb qaba əlavə edin və qarışdırın. Daha sonra alınmış məhlulu ləkəyə tətbiq edin. 15 dəqiqədən sonra qarışığı silib, paltarı yaxalayın. 

Limon suyu

Yun və ya pambıq materiallı paltar ləkələnibsə, bu üsul çox yaxşı işləyəcək. Dörd stəkan su üçün bir böyük qaşıq limon suyu götürün. Bu məhlulu ləkəyə beş dəqiqə tətbiq edin. Daha sonra paltarı yaxalayın. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun