Müğənni Elnur Məmmədov "Avroviziya" ilə bağlı iddialarıyla gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. O bildirib ki, heç vaxt "Avroviziya"ya qatılmaq istəyi olmayıb:
"Tanınmış, özünü öz ölkəsində doğruldan birinin müsabiqəyə qatılmasına qarşıyam. Özümlə bağlı bunları deyirəm. Hətta qonşu dövlətlərin birində məşhur müğənni "Avroviziya"ya getdi, urvatsız oldu gəldi. Hər yerdə tapşırıqla birinci ola bilərsən. Orada birinciliyə layiqi seçirlər, amma görürük dəymir.
Azərbaycanı sonuncu yarışmada təmsil edən oğlanlar (FahRee və İlkin Dövlətov - red.) çox istedadlı idi. Amma seçilməməkləri məni əmin etdi ki, burada da tapşırıq var. Tanınmış bir kəsin orada iştirak etməyinə yaxşı baxmıram".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun