Mikrodalğalı sobalar insanlar arasında tez bir zamanda populyarlıq qazanıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu populyar cihazı sadəcə yemək qızdırmaq üçün deyil, başqa məqsədlər üçün də istifadə etmək olar.
Bayat çörək
Bu hiylə üçün yalnız kifli olmayan bayat çörəkdən istifadə etmək lazımdır. Məhsulu hissələrə bölün. Sonra təmiz mətbəx dəsmalını isladırıq, çörəyi örtürük və işləyən mikrodalğalı sobaya qoyuruq. Hazır olma müddəti 10 ilə 25 dəqiqə arasında dəyişə bilər. Hamısı çörəyin nə qədər bayat olmasından asılıdır.
Ətirli ədviyyatlar
Bəzən uzun müddət saxlandıqda ədviyyatlarımız öz ətrini itirir. Onları bir neçə dəqiqə mikrodalğalı sobaya qoysanız, yenidən öz ətirlərinə qayıdacaqlar.
Göyərtilərin qurudulması
Bir çox insan ehtiyat göyərti saxlamağı xoşlayır. Saxlama asanlığı üçün onu yalnız dondurmaq deyil, həm də qurutmaq lazımdır. Bu işi isə mikrodalğalı soba mükəmməl yerinə yetirəcək. Bir neçə dəqiqəyə göyərtiləriniz qurudulacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun