Milli Məclisin komitə sədrlərinin müavinləri seçildi

23 Sentyabr 2024 13:58

Bu gün VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrlərinin müavinləri seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, parlamentin komitə sədrlərinin müavinləri aşağıdakı şəxslər olub:

- Hüquq siyasəti və dövlət quruculuğu komitəsi - Elşən Musayev

- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Qüdrət Həsənquliyev

- İnsan hüquqları komitəsi - Arzuxan Əlizadə

- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi -Fatma Yıldırım

- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Badamov

- Aqrar siyasət komitəsi - Razi Nurullayev

- Əmək və sosial siyasət komitəsi - Elşad Musayev

- Səhiyyə komitəsi - Rəşad Mahmudov

- Ailə, qadın və uşaq məsələləri komitəsi - Jalə Əliyeva

- Gənclər və idman komitəsi - Könül Nurullayeva

- İctimai birliklər və dini qurumlar komitəsi - Sahib Alıyev

- Regional məsələlər komitəsi -Nurlan Həsənov

- Elm və təhsil komitəsi - Fariz İsmayılzadə

- Mədəniyyət komitəsi -Günay Əfəndiyeva

- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Nigar Arpadarai.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun