Müğənnilərin davasına Nazilə də qoşuldu: “İki yetim...” - FOTO

23 Sentyabr 2024 20:10

Tanınmış şairə, aparıcı Nazilə Səfərli müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlunun mahnı davasına biganə qalmayıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, şairə müğənnilərin hər ikisini sevdiyini deyərək, onları barışığa səsləyib: 

"Hər iki dostum, Şəbnəmim və dəyərli Vəfam! Hər ikinizə dərin hörmətim və insani sevgim var. Aranızda olan sözdə "mahnı savaşı"nı şiddətlə qınayıram. Mahnı da bir mahnı olsa... Üç badam, bir qoz meyxanası... 

Nəyin savaşıdır bilmirəm, amma üzərinizdən oyun oynayırlar". 

O, Vəfa Şərifovanın "İnstagram" hesabını Şəbnəm Tovuzlunun oğurlatmadığını iddia edib:

"Vəfanın "İnstagram" hesabının oğurlanmasını da Şəbnəmin etdiyinə inanmıram. Dəsti-xəttdən aydın görünür ki, sizin küsülü olmağınızı fürsətə çeviriblər. Sizə yalvarıram, artıq durun! 

Hər ikiniz yetim böyümüş qızlarsınız, yenicə rahatlığa çıxırsınız. Halal ruziniz var, məhkəmələrə düşməyin. Pullarınızı vəkillərə yedirməyin! Məhkəmədə qalib tərəf olmur, maklerlərin qurbanı olacaqsınız. Gedən ömrünüzü, pullarınızı, əsəblərinizi övladlarınıza xərcləyin. Tərəf saxlamıram. Demirəm, dost olun, amma düşmən də olmayın. Səsiniz ayrı, fiquranız ayrı, eviniz ayrı...

Dəfələrlə şərə düşüb məhkəməlik olan insan kimi deyirəm: İkiniz də uduzacaqsınız!

İkinizi də çox sevirəm!"

Qeyd edək ki, Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında qalmaqal günlərdir böyüyür. Bundan başqa V.Şərifova onun yutub kanalını idarə edən Nadir adlı şəxsin Ş.Tovuzlunun tapşırığı əsasında qaçırıldığını iddia edir.

Daha sonra Vəfa Şərifovanın 1 milyon 600 mindən çox izləyicisi olan "İnstagram" hesabı oğurlanıb. Oğurlanan səhifədə hekayə bölümünə söyüş yazılıb. 

İzləyicilər rəylərdə iddia edir ki, bunu Şəbnəm Tovuzlu etdirib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun