İlham Əliyevin güclü siyasəti nəticəsində biz Qarabağda təhsil alırıq - Tələbə

23 Sentyabr 2024 12:25

Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasəti nəticəsində biz bu gün Qarabağ torpaqlarında təhsil alırıq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Qarabağ Universitetinin tələbəsi Məhəmməd Məhəmmədov deyib.

"Qəbul imtahanında 574 bal toplayaraq Qarabağ Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil almaq şansı qazandım.

Bu gün Qarabağ Universitetində ilk dərs günümdür. Çox həyəcanlıyam. Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasəti nəticəsində biz bu gün Qarabağ torpaqlarında təhsil alırıq. Qarabağlı olaraq, burada olmaq, təhsil almaq çox qürurvericidir", - deyə, o bildirib.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.

Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun