Natiq Cəfərli REAL Partiyasının yeni sədri seçildi

23 Sentyabr 2024 12:02

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.

Milli.Az APA-ya istinadən bildirir ki, qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq.

Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.

Xatırladaq ki, İlqar Məmmədov sentyabrın 11-də partiyanın sədri postundan istefa verib.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun