ABŞ 300-ə yaxın incəsənət əsərini Hindistana qaytaracaq

23 Sentyabr 2024 21:07

ABŞ Hindistan ərazisindən oğurlanmış və ya qeyri-qanuni yolla çıxarılmış 300-ə yaxın sənət əsərini Hindistana qaytaracaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Cənubi Asiya Respublikasının Xarici İşlər Nazirliyi öz rəsmi saytında məlumat yayıb.

"Hindistanın baş naziri Narendra Modinin ABŞ-yə səfəri ilə əlaqədar ABŞ tərəfi Hindistandan oğurlanmış və ya çıxarılmış 297 qədim əşyanın geri qaytarılmasına şərait yaradıb. Onlar tezliklə Hindistana qaytarılacaq", - məlumatda deyilir.

Bildirilib ki, incəsənət obyektlərinin qaytarılması 2023-cü ilin iyununda ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Modi arasında keçirilən görüşdən sonra birgə bəyanatda əks olunan öhdəliklərə uyğun olaraq baş tutacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun