Milli Məclis sədr müavinləri komitə sədri olmayacaq

23 Sentyabr 2024 11:55

VII çağırış Milli Məclis sədr müavinləri komitə sədri olmayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı yeni qayda qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Milli Məclisin sədr müavinləri eyni zamanda komitə sədrləri olub. VI çağış Milli Məclisin sədr müavini Əli Hüseynli MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, MM sədr müavini Adil Əliyev MM Gənclər və idman komitəsinin sədri, MM sədr müavini Fəzail İbrahimli isə MM İctimai birliklər və dini qurumlar komitəsinin sədri olub.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun