Mərhum Əməkdar artistin qızının toyudur - FOTO

23 Sentyabr 2024 10:20

Mərhum Əməkdar artist Ələkbər Hüseynovun qızı Nərgizin bu gün toyudur. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Nərgiz saksofon ifaçısı Camal Bayramlı ilə ailə qurur.

Qeyd edək ki, cütlüyün nikahı bir neçə gün əvvəl baş tutub. "Ələkbər əmi" kimi tanınan aktyorun qızı skripka ifaçısıdır. Cütlüyün nişan mərasimi bu ilin iyununda olub. 

Ələkbər Hüseynov 2007-ci ildə vəfat edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun