Vitse-spikerlər məlum oldu - YENİLƏNİB - FOTO

23 Sentyabr 2024 12:59

12:59

Deputat Rəfael Hüseynov, deputat Musa Qasımlı, Əli Əhmədov və deputat Ziyafət Əsgərov Milli Məclisin sədr müavini seçiliblər.

Trend-in məlumatına görə, bununla bağlı qərar parlamentin bu gün keçirilən iclasında qəbul edilib.

R.Hüseynov müxalifət nümayəndəsi olaraq sədr müavini vəzifəsinə seçilib.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

--------------
09:52

Rafael Huseynov, Əli Əhmədov və Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.

Milli.Az APA-ya istinadən bildirir ki, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Huseynovun namizədliyi dəstəklənib.

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub. Onun spikerin birinci müavini olacağı bildirilir.


Musa Qasımlı parlamentdəki bitərəflərin namizədi olub.

Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun