Ev kirayələmək üçün beh verdi, həm evdən, həm də pulundan oldu - VİDEO

23 Sentyabr 2024 13:33

Yevlax sakini ev kirayələmək istəyərkən aldadılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Yevlax rayon sakini Məleykə Süleymanova iddia edib ki, elan saytlarının birində kirayə ev üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb. O, evin başqa şəxsə satılmaması üçün əvvəlcədən elan sahibinə ödəniş də edib. Lakin Məleykə Süleymanova ödənişi etdikdən sonra elan sahibi tərəfindən aldadıldığını deyib.

Zərərçəkən Məleykə Süleymanovanın sözlərinə görə, elan üçün qadınla əlaqə saxlasa da, daha sonra nömrənin həmin şəxsə aid olmadığı məlum olub

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, bəzi işbazlar saytlarda daşınmaz əmlakların satışı və kirayəsi ilə bağlı elanlar yerləşdiriblər. Lakin bu saytlarda yerləşdirilən elanların bəziləri həqiqəti əks etdirmir.

Nazirlik vətəndaşlara bu tip elanlarla qarşılaşdıqda diqqətli olmağı, qeyd olunan problemlərlə üzləşməmək üçün evə yerində baxmağı və ev sahibi ilə danışdıqdan sonra ödəniş etməyi tövsiyə edib.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun