Şri-Lankanın baş naziri istefa verdi

23 Sentyabr 2024 09:43

Şri-Lankanın Baş naziri Dineş Qunavardena istefa verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın "Daily Mirror" qəzeti məlumat yayıb.

Baş nazir prezident seçkilərinin qalibi Anur Kumar Dissanayakeyə ünvanladığı məktubunda yeni hökumətin təyinatı üçün "yer yaratmaq" məqsədilə vəzifəsini tərk etdiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun