Elşən ARB-də bu verilişi aparacaq

23 Sentyabr 2024 10:00

Bu sezon ARB TV ilə razılaşan aktyor Elşən Orucovun yeni layihəsi bəlli olub.

Milli.Az olay-a istinadən bildirir ki, "5 üz" adlanan proqramın anonsu yayımlanıb. Maraqlı təqdimatı ilə diqqət çəkən verilişin tezliklə sözügedən kanalda ekrana gələcəyi qeyd olunub.  Anonsda gözdən qaçmayan detal isə Elşənin Fəlakət obrazında olmaması olub.

Xatırladaq ki, E. Orucovun Xəzər TV-dən sonra ARB ilə razılaşdığı ilə bağlı xəbəri OLAY yaymışdı.

Onu da qeyd edək ki, verilişin layihə rəhbəri Coşqun Cəbiyevdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun