Gülşənin səhnədə halı pisləşdi - VİDEO

23 Sentyabr 2024 09:38

1990-cı illərdə türk pop musiqisinin ən məşhur adlarından olan Metin Arolat 52 yaşında dünyasını dəyişməsi həmkarlarını sarsıdaraq, kədərə boğub.

Milli.Az olay-a istinadən bildirir ki,  həmkarını son mənzilə göz yaşları içində yola salan pop müğənni Gülşen axşam saatlarında məkanların birində konsert verərəkən halı pisləşib.

Beləki, ifaçı Arolatın klip çəkdiyi "Banqır Banqır" mahnısını oxuyarkən ağlayıb və ifasını tamamlaya bilməyib. Yanında olan musiqiçi dostları onu sakitləşdirməyə cəhd göstəriblər. Gülşen özünə gəlməsi üçün bir neçə dəqiqəlik səhnəni tərk edib.

Həmin anlar lentə alınaraq sosial şəbəkələrə yayılıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun