YAP-ın bu posta namizədi Sahibə Qafarovadır

23 Sentyabr 2024 08:32

Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib.

Xatırladaq ki, daha əvvəl Sahibə Qafarova VI çağırış Milli Məclisin sədri olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun