Azərbaycanda ağır qəza: xəsarət alanlar var

23 Sentyabr 2024 07:44

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 46 yaşlı Musayeva Məlahət Bilal qızı və onun 6 yaşlı nəvəsi A.Z. xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər. Müayinə zamanı M.Musayevaya müştərək travma və azyaşlıya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun