Bakıda qadın sevgilisinə dəhşət yaşatdı

23 Sentyabr 2024 07:38

Bakının Sabunçu rayonunda qadın kişini bıçaqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, Xanlar yaşayış massivində 1978-ci il təvəllüdlü Quliyev Anar Arif oğlu yaşadığı evdə sevgilisi tərəfindən bıçaqlanıb.

O, qarnından iki bıçaq xəsarəti alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun