La Liqa: “Barselona” “Vilyarreal”ı darmadağın edib

23 Sentyabr 2024 07:56

İspaniya La Liqasının VI turunda "Barselona" səfərdə "Vilyarreal"ı darmadağın (5:1) edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, matç "Keramika" stadionunda baş tutub.

Kataloniyalıların heyətində Robert Levandovski və Rafinya dubl ediblər, Pablo Torre bir qolla yadda qalıb. Meydan sahiblərinin təsəlli qolunu Axose Peres vurub.

Beləliklə, kataloniyalılar La Liqanın cari mövsümündə ardıcıl altıncı qələbəsini qazanıb. "Barselona" 18 xalla turnir cədvəlində birincidir. "Vilyarreal" 11 xalla 5-ci pillədə qərarlaşıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun