Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü: xəsarət alan var

23 Sentyabr 2024 06:34

Bakının Sabunçu rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alan var

Milli.Az-ın report.az-a istinadən məlumatına görə, sərnişin avtobusu hərəkətdə olarkən minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusun sərnişini 62 yaşlı Hüseynova Vera İsmayıl qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun