Eqor Kritin əlil arabasında görüntüsü yayıldı

23 Sentyabr 2024 07:03

Rusiyalı müğənno Eqor Kridin səhhətində problem yaranıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı xəstəxanadan əlil arabasında aparıldığı bir neçə videonu instaqramda yayımlayıb.

"Həkim işləyən hər kəs əfsanədir. 24 saatlıq işinizə və insanlar üçün etdiyiniz hər şeyə görə təşəkkür edirəm. Hörmətlə" deyə müğənni paylaşımına yazıb.

Eqor baş verənlərin təfərrüatlarını bölüşməyib. O, ayağından zədə aldığını göstərib, amma bunun necə baş verdiyini gizli saxlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun