Konsertinə az qalmş infarkt keçirdi

22 Sentyabr 2024 23:43

"Akvarium" rok qrupunu rəhbəri Boris Qrebenşikovun Nitsadakı konserti ləğv edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları konsertin başlamasına bir neçə saat qalmış məlumat yayıblar.

Buna səbəb isə 70 yaşlı sənətçinin səhhətində yaranan problem olub.

Onun pərəstişkarları ifaçının infarkt keçirdiyini və xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Musiqiçinin nümayəndələri isə hələlik bununla bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, Boris Qrebenşikov Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun