"Comedy Club" haqda xəbərlər yalan çıxdı

23 Sentyabr 2024 00:45

TNT kanalında yayımlanan "Comedy Club" yumoristik teleşousunun bağlanması haqda xəbərlər yalan çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, layihənin artıq yayımlanmayacağı ilə bağlı məlumatlar şounun kreativ prodüseri və aktyoru Qarik Xarlamovun zarafatı olduğu üzə çıxıb.

Sentyabrın 20-də televiziyada nümayiş olunan şou zamanı Xarlamov bunları deyib:

"Əziz dostlar, bu gün sizə həqiqətən vacib xəbəri deyirik. "Comedy Club" bağlandığını təsdiq edirik. Əlvida köhnə "Comedy Club". Salam, "Comedy Club"un yeni 20-ci mövsümü".

Qeyd edək ki, layihənin prodüseri Pavel Rudçenko əsas aktyor heyətinin şoudan ayrıldığı üçün bağlandığını bildirmişdi. Şou 19 ildir sözügedən telekanalda yayımlanır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun