İsrail açıqladı: Yaxın günlərdə Hizbullaha qarşı...

22 Sentyabr 2024 22:30

İsrail yaxşı hazırlanıb və yaxın bir neçə gün ərzində Hizbullah hərəkatına qarşı növbəti addımlarını diqqətlə planlaşdırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi çıxış edib.

"Biz növbəti addımlara yaxşı hazırlaşırıq və onları diqqətlə planlaşdırırıq. İsrailin sakinlərini sağ-salamat evlərinə gətirəcəyik, əgər Hizbullah bunu hələ dərk etməyibsə, o zaman onlar zərbə ardınca zərbə alacaqlar", - deyə Halevi bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun