Ukrayna rus desant alayının komandirini məhv etdi

22 Sentyabr 2024 22:53

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Rusiya Hava Desant Qüvvələrinin desant-hücum alayının komandiri, polkovnik-leytenant Aleksandr Kurini məhv edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Onun FPV pilotsuz təyyarəsinin zərbəsi nəticəsində məhv edildiyi qeyd edilir. Kurinin məhvi Hava-Desant Qüvvələri üçün böyük itki sayılır.

Qeyd edilib ki, avqustun sonunda Ukrayna Silahlı Qüvvələri Kurinin avtomobilinə FPV pilotsuz təyyarəsi ilə hücum edib və onun müavini Yuri Mixaylovu məhv edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun