Maslyakovun məzarı dağıdıldı

22 Sentyabr 2024 21:55

Moskvada Novodeviçye qəbiristanlığında insident baş verib.Naməlum şəxs məşhur teleaparıcı və KVN əfsanəsi Aleksandr Maslyakovun məzarının üstünü dağıdıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə KVN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mühafizəçilər həmin şəxsi saxlayıb və polisə təhvil vermək üçün qəbiristanlıqdan çıxarıblar:

"Qəbiristanlığın rəhbərliyi və Aleksandr Maslyakovun ailəsi artıq polisə müraciət edib. Xaç bərpa olunub, məzarlıqda təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb".

Qeyd edək ki, Aleksandr Maslyakov sentyabrın 8-də 83 yaşında dünyasını dəyişib.

Milli.Az