Ən çox şikayət edilən avtomobil şirkəti hansıdır?

22 Sentyabr 2024 21:24

Son məlumatlara görə, Land Rover markası dünyada ən çox şikayət edilən avtomobil brendlərindən biridir.

Milli.Az xəbər verir ki, xüsusilə, "Discovery Sport" modeli tez-tez nasazlıqlarla üzləşir, və bu, istifadəçilər arasında geniş narazılığa səbəb olur.

Peugeot və Fiat da etibarlılıq dərəcəsinə görə zəif nəticələr göstərir, əsasən mühərrik problemləri və ümumi texniki keyfiyyətlə bağlı şikayətlər çoxdur.

Bu avtomobil markaları etibarlılıq və davamlılıq baxımından daha çox problemlərlə üzləşir, bu da tez-tez şikayətlərə səbəb olur.

Milli.Az