Rusiya səfirinin korteji minaya düşdü - Xəsarət alanlar var - YENİLƏNİB

22 Sentyabr 2024 20:28

20:28

Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin kortejinin ölkənin şimal-qərbində minaya düşməsi nəticəsində 1 polis əməkdaşı həlak olub.

APA-nın xəbərinə görə, bunu Pakistanın Svat dairəsinin polis idarəsinin zabiti Zahid Ulla Xan bildirib.

Mina partlayışı nəticəsində 4 polis əməkdaşı isə yaralanıb.

-------

19:05

Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin korteji bu ölkənin şimalında minaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Minqor şəhərindən hotelə gedərkən səfiri müşayiət edən polislərin olduğu avtomobil minaya düşüb.

Bir neçə polis əməkdaşı xəsarət alıb. Rusiyalı diplomatlar arasında xəsarət alan olmayıb.

Milli.Az