Afrikalıların qar sevinci

22 Sentyabr 2024 18:34

Cənubi Afrika Meteorologiya Xidməti KvaZulu-Natalda qarın davam etməsi ilə əlaqədar 8-ci xəbərdarlıq səviyyəsini elan edib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən bir çox yollar bağlanıb. Tədbir olaraq insanlar və heyvanlar üçün çöl mətbəxləri təşkil edilib və yolda qalan sürücülər üçün adyal paylamaq qərarına gəlinib.

Qar yağması nəticəsində bəzi icmalarda su və elektrik təchizatı kəsilib. Problemin həlli üçün artıq texniki qruplar işləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun