Azərbaycanın nümayəndə heyəti BMT-nin Gələcək Sammitində iştirak edir

22 Sentyabr 2024 18:25

Azərbaycanın nümayəndə heyəti BMT-nin Gələcək Sammitində iştirak edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə paylaşım edib. O, qeyd edib ki: "Gələcək Sammiti Gələcək naminə Paktının qəbulu ilə yenicə başlayıb. Sammit bütün bəşəriyyət və gələcək nəsillər naminə iqlim böhranı da daxil olmaqla, indi və gələcəkdə qarşılaşdığımız problemləri necə idarə edəcəyimizi müzakirə etmək üçün platforma olacaq".

Azərbaycanın bu tədbirdə iştirak etməsi, ölkənin beynəlxalq əməkdaşlığa və qlobal problemlərin həllinə verdiyi önəmi bir daha təsdiq edir. Sammitdə müzakirə olunan məsələlər arasında iqlim dəyişikliyi, su resurslarının idarə edilməsi və sosial ədalət kimi mövzular da yer alacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun