İran Netanyahuya onun “taleyini” vəd etdi

22 Sentyabr 2024 18:51

İsrail rəsmilərinin taleyi İraqın keçmiş diktatoru, cinayətkar Səddamın taleyindən başqa bir şey olmayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

"Son illər ərzində bölgədəki Müqavimət çoxlu fırtınalara dözdü. Müqavimət hərəkatlarının sabitliyi və artan gücü həmişə düşmənləri təəccübləndirib. Bu böyük insanların şəhadətinə baxmayaraq, sionist rejim, ABŞ və onun havadarları heç vaxt öz pis məqsədlərinə nail olmayacaqlar", - o bildirib.

O qeyd edib ki, bu gün İsrailin cinayətkar rejimindən müqəddəs müdafiə regional səviyyədə yeni miqyasda və coğrafiyada həyata keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun