Netanyahu nazirlərə müsahibə verməyi qadağan etdi

22 Sentyabr 2024 18:09

İsrailin Baş naziri Benyamin Netanyahu Hizbullahla qarşıdurmanın kəskin artması fonunda nazirlərə müsahibələrdən çəkinməyi tapşırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Kan" radiosu məlumat yayıb.

Qeyd edilib ki, bundan əvvəl israilli nazirlər və Likud Partiyasından olan parlamentarilərə sentyabrın 18-də Livanda kiberhücumla bağlı vəziyyətlə bağlı şərh verməkdən çəkinmək tapşırılmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun